BDU-nun qarşısındakı yol bu gün açılır – FOTO

Bakı Dövlət Universitetinin qarşısındakı küçə açılır.
Avtosfer.az xəbər verir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Yasamal rayonu Bəxtiyar Vahabzadə küçəsində də nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkəti üçün kompleks tədbirlər həyata keçirilir.
Artıq küçənin Hüseyn Cavid prospekti ilə kəsişməsindən Mətbuat prospektinin kəsişməsinədək olan 517 metrlik hissəsində asfalt-beton örtüyünün son qatı salınır. İşlərin tam olaraq sabah yekunlaşması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda texnika və canlı qüvvə səfərbər olunub.
Eni 13.4 metr olan küçənin sözügedən hissəsində 2110 kvadratmetr sahə əsaslı, 4918 kvadrat metr sahə isə orta təmir olunub. 8+7 santimetr olmaqla 2110 kvadratmetr sahəyə alt asfalt qatı, ortalama 5 santimetr olmaqla 6928 kvadratmetr sahəyə isə üst asfalt qatı döşənib.
Bundan başqa ərazidə səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi qurulub, zəruri olan yerlərdə yağış barmaqlıqları yerləşdirilib, 420 paqon-metr səki daşı yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, 11 baxış qapağı dəyişdirilib.
Anoloji işlər küçənin İnşaatçılar prospekti ilə kəsişməsindən Hüseyn cavid prospektinin kəsişməsinədək olan təqribən 300 metrlik hissəsində də aparılır. Eni 10 metr olan küçənin sözügedən hissəsində təqribən 1 min kvadrat metrlik hissəsində əsaslı, qalan 2 min kvadrat metrlik hissədə isə orta təmir işləri həyata keçirilir, yol boyu 300 paqon-metr səki daşı yenilənib.
Bundan başqa ərazidə komunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdiriləcək, yağış barmaqlıqları yerləşdiriləcək. İşlər tərtib olunmuş qrafik əsasında həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün lazım olan sayda texnika və canlı qüvvə səfərbər olunub.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC təmir-tikinti işləri ilə əlaqədar yaranan müvəqqəti narahatçılığa görə üzr istəyir və sürücüləri aparılan işlərə anlayışla yanaşmağa çağırır.
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR










