Benzinin qiyməti dəyişə bilər

Son günlər dünya bazarında neftin qiymətində əvvəlki günlərlə müqayisədə artım qeydə alınsa da, bu, əvvəlki səviyyədə deyil. Avtosfer.a anspress-ə istinadən xəbər verir ki, hazırda dünya bazarında brent markalı neftin qiyməti 34.36, "Azərilayt"ın qiyməti isə 35.98 dollardır.
Dünya bazarında qara qızılın qiymətinin ucuzlaşması fonunda gündəmə gələn məsələlərdən biri də benzinin qiymətində dəyişikliyin ola biləcəyi ilə bağlıdır.
Hazırda Azərbaycanda yalnız Aİ-92 markalı benzin istehsal olunur. Aİ-95 və Aİ-98 markalı benzinlər isə xaricdən idxal olunur.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə hazırkı dövrdə qiymətdə dəyişiklik edilməsi səmərəli deyil. Əgər benzinin qiyməti ucuzlaşarsa, o zaman büdcə gəlirləri azalacaq.
"Əgər yanacağın qiyməti artırılarsa, bu, büdcəyə, eləcə də əhaliyə böyük zərbədir. Təsəvvür edin ki, yanacaq bahalaşarsa, yemək də, ərzaq da, geyim də, ümumiyyətlə bazarda nə varsa hamısı bahalaşacaq. Bu da büdcədə yenə kəsirlərə, ixtisarlara səbəb olacaq. Ona görə hökumət qiyməti tənzimləməyə çalışır".
İqtisadçı ekspert Samir Əliyev isə belə düşünmür. O hesab edir ki, yanacağın ucuzlaşdırılması ölkədə daşınma xərclərini əhəmiyyətli dərəcədə aşağı sala bilər. Bu da öz növbəsində malın, xüsusilə də kənd təsərrüfatı məhsullarının maya dəyərini azaldar. Onun sözlərinə görə, hazırda dünya bazarında neftin qiyməti 2007-ci il səviyyəsindən təxminən 2 dəfə, 2013-cü il səviyyəsindən isə 3,5 dəfə aşağıdır. Ancaq qiymətlər hələ də 110 dollarlıq neft qiymətinədir. "Hazırda Qazaxıstanda Aİ -95 markalı benzin 0,35 avro, Aİ-98 benzini 0,38 avro, dizel 0,26 avrodur. Rusiyada isə Aİ-95 benzini 0,44 avro, Aİ-98 benzini 0,50 avro, dizel 0,42 avroya satılır.
Azərbaycanda Aİ-92 benzini ( 0.70 AZN), Aİ-95 (premium) benzini 0,47 avro (0.95 AZN), dizel isə 0,35 (0.60 AZN) avroya bərabərdir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin verdiyi məlumata görə, hazırda yerli istehsallı yanacağın tarifində hər hansı bir dəyişiklik gözlənilmir. "Tarif şurası yanacağın qiyməti ilə bağlı müzakirələr aparmayıb. Ona görə də yeni bir məlumat deyə bilməyəcəm. O ki qaldı xaricdən idxal olunan yanacağın qiymətində hər hansı bir dəyişikliyə, bu, istisna deyil. Sizə də bəllidir ki, o yanacağın qiyməti dünya bazarına görə tənzimlənir. Tarif şurasının burada bir rolu yoxdur".
SOCAR-dan da öyrəndik ki, hazırkı vəziyyətdə benzinin qiymətinə dəyişiklik edilə bilməz. Neftin yerli istehsal olmasına baxmayaraq onun qiymətinin qaldırılması və ya ucuzlaşdırılması gündəmdə deyil.
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO










