Müğənnidən hicab müzakirələrinə sərt reaksiya: “Allah cəzalarını verəcək”

Müğənni Lalə Məmmədova son günlər hicabla bağlı yayılan videolara münasibət bildirib.
Avtosfer.az YeniSabah-a istinadla xəbər verir ki, Əməkdar artist sosial şəbəkə hesabında paylaşım edərək uşaqların dini seçimlərinə ətraf mühitin təsir göstərməsinin yolverilməz olduğunu vurğulayıb.
Lalə Məmmədova paylaşımında bunları yazıb:
“Gözəl qızım, heç kəs sənin təhsilinin qarşısını almır, əksinə, bizim gələcəyimiz işıqlı beyinlər, iti zəkalar, təmiz inanclar üzərində qurulub. Sənin yaşında pak övladlarımızın beyinləri, təəssüf ki, cahil insanların yürütdükləri siyasətlə “yuyulub”. Allah cəzalarını hökmən verəcək”.
Müğənni bildirib ki, hər kəs dini seçimində azaddır, lakin baş örtüyü ilə bağlı qərar insanın yetkin yaşında verilməlidir.
“Sən isə Allahı, Vətənini sev və inan, bizim prezidentimiz belə Konstitusiyaya and içəndə müqəddəs kitabımız olan Qurana əl basır. Heç kim dinimizi, Quranımızı inkar etmir, hər kəs də dini seçimində azaddır.
Ancaq baş örtünmə qərarını insan yetkin yaşda verməlidir, uşaq yaşda ətraf təsirləri ilə yox. Biz məscidə girərkən necə ki, bizdən baş örtmək tələb olunur, eləcə də dövlət məktəblərində qanuna tabe olmaq bizim borcumuzdur.
Yaşasın azad, tolerant, bütöv Azərbaycan”, – deyə Lalə Məmmədova qeyd edib.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












