Bir protokolun izi ilə... - 22 il əvvəl yoxa çıxan avtomobil necə tapıldı... - VİDEO

Şirvan şəhər sakini Məmməd Xəlilov gözlənilməz hadisə ilə üzləşib.
Avtosfer.az Xezerxeber.az-a istinadən məlumatına görə, Məmməd Xəlilov 1995-ci ildə Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs olunub. Bu zaman ona məxsus olan "VAZ- 2106" markalı minik avtomobili polis əməkdaşları tərəfindən aktlaşdırılaraq təhvil alınıb. 1998-ci ildə həbs müddəti başa çatan Məmməd Xəlilov avtomobilini geri almaq üçün Balakən rayon polis şöbəsinə müraciət etsə də, şöbədə ona avtomobilin çıxdaş olduğunu bildiriblər.
Həmin dövrdən 22 il keçdikdən sonra, bu il yanvarın 6-da Məmməd Xəlilovun Şirvan şəhərindəki ünvanına cərimə protokolu gəlib. Protokolu oxuyan Məmməd Xəlilov ona məxsus olan 18 BA 216 dövlət nömrə nişanlı avtomobilin Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun 159-cu km-də radara düşdüyünü öyrənib. Daha sonra o, həmin cərimə protokolunu götürərək Balakən rayon polis şöbəsinə gedib. Ona məxsus olan avtomobili idarə edən şəxs tapılaraq şöbəyə gətirilib. Məlum olub ki, avtomobil vaxtı ilə polis şöbəsində işləmiş keçmiş polis mayoru, Balakən rayon Hənfə kənd sakini Muradxan Muradov tərəfindən idarə olunub.
Polis şöbəsinə dəvət olunan Muradxan Muradov Məmməd Xəlilova məxsus avtomobilin qeydiyyat nişanını yoldan tapdığını bildirib. Amma sonradan o, qeydiyyat nişanını polis şöbəsindən götürdüyünü etiraf edib.
Balakən rayon polis şöbəsindən "Xəzər Xəbər"ə bildirilib ki, daxil olmuş müraciət əsasında iş aparılır. Bununla bağlı hüquqi qiymət veriləcək.
Gültən
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA












