BNA Ədalət Şükürovu ifşa etdi - 11 dəfə qayda pozub

Məlum olduğu kimi əməkdar artist Ədalət Şükürov sosial şəbəkədə Bakı Nəqliyyat Agentliyi ilə bağlı müəyyən subyektiv fikirlər söyləyib və qurumu fəaliyyətsizlikdə günahlandırıb. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Avtosfer.az-a bildirib ki, agentliyin öz vəzifələrini icra etməsinin təsdiqi kimi sadəcə hörmətli əməkdar artistinin şəxsi avtomobili ilə törətdiyi və əməkdaşlarımız tərəfindən qeydə alınan bir neçə qayda pozuntusunu göstərmək kifayətbedir. "Son bir ildə Ədalət Şükürov istifadəsində olan 10 PB 002 dövlət qeydiyyat nişanlı avtomobillə dayanma və durma qaydalarını 11 dəfə kobud şəkildə pozduğuna görə barəsində inzibati tənbeh tədbiri görülüb. Həmin qayda pozuntularının əksəriyyəti avtobus dayanacağında dayanma, ikinci cərgədə dayanma, yolayrıcında dayanma və digər buna bənzər qayda pozuntularıdır.
Bakı Nəqliyyat Agentliyi hər bir hərəkət iştirakçısına hörmətlə yanaşaraq, paytaxtda piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz eyni zamanda, rahat hərəkətini təmin etmək istiqamətində işlərini davam etdirir. Bu fəaliyyət zamanı ictimai statusundan aslı olamayaraq qaydaları pozan hər bir sürücü barəsində qanunvericiliyə uyğun tədbirlər görülür. Bunu etməkdə əsas məqsəd isə bir daha vurğulayıram ki, paytaxtın küçə və prospektlərində fasiləsiz, təhlükəsiz hərəkətin, əhalinin zəruri mobilliyini təmin etməkdir.
Bəzi məşhur şəxslərin bu fəaliyyəti dəstəkləmək əvəzinə bəzən ictimaiyyətdə yanlış rəy formalaşdıra bilən subyektiv fikirlər yürüdürlər ki, bu da təəssüf doğurur.
Eyni zamanda, hörmətli əməkdar artistin maarifləndirilməsi və görülən işlər barədə məlumatlandırılması zərurətini nəzərə alaraq, onu məmnuniyyətlə fevralın 3-də Bakı Nəqliyyat Agentliyinə dəvət edirəm. Bu zaman hörmətli sənətçimizə qayda pozuntusuna dair foto materiallar da təqdim olunacaq. Ədalət Şükürovun dəvəti qəbul edəcəyinə və “Pul yığırlar” kimi iddialarına əsaslı cavab verəcəyinə ümid edirəm".
Gültən Qədirli
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












