"Boeing" korporasiyası böhran içində

Dünyanın ən böyük aviasiya, kosmik və hərbi texnika istehsalçılarından biri olan “Boeing” korporasiyası 1962-ci ildən indiyədək ilk dəfə yanvar ayında təyyarələrin yığılması üçün yeni sifariş almayıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, onun rəqibi Avropa aviaistehsalçısı “Airbus” şirkəti, ticarət təyyarələrinin tədarükü üçün 274 yeni sifariş alıb. "Boeing" korporasiyası iki "737 MAX" model təyyarələrinin qəza yaşadıqdan sonra uçuşlarının dayandırıldıqları ilə əlaqədər böhran keçirir. 2018-ci ildə “Boeing” şirkətinin gəliri 10,46 milyard ABŞ dolları olan halda 2019-cu ildə xalis zərəri 636 milyon ABŞ dollar təşkil edib.
Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında Cakarta yaxınlığında “Boeing 737 Max” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 189 nəfər, 2019-cu ilin mart ayında Efiopiyanın Debre Zeit şəhəri yaxınlığındakı qəza nəticəsində isə 157 nəfər həlak olub.
Bu hadisələrdən sonra 20-dək ölkə sözügedən tipli təyyarələrin öz hava məkanında uçuşuna qadağa qoyub, bir çox hava şirkətləri də onların istismarını dayandırıb.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











