BŞİH hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinləri və şəhərimizin qonaqlarına müraciət edərək bildirir ki, gecədən başlayaraq hava kəskin dəyişəcək, fevralın 9-dan 10-u gündüzədək Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək, sulu qar və qarın yağması, bəzi yerlərdə qarın intensiv yağacağı gözlənilir. Qurumdan Avtosfer.az-a verilən məlumata görə havanın temperaturu aşağı enəcək, yolların buz bağlayacağı ehtimal olunur.
Bununla əlaqədar əhaliyə daha diqqətli olmaq, iri ağacların altında maşınları saxlamamaq, tikinti aparılan ərazilərdən kənar keçmək, yaşlı insanları və uşaqları küçədə nəzarətsiz buraxmamaq və digər təhlükəsizlik tədbirlərinə riayət etmək tövsiyə edilir.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın bütün idarə və təşkilatlarına hava şəraiti ilə bağlı xəbərdarlıqlar edilib, şəhərin Mənzil Kommunal Təsərrüfatı Departamentinin və digər qurumların xüsusi texnikası, qar təmizləyən nəqliyyat vasitələri hazır vəziyyətə gətirilib. Həmin günlərdə paytaxtın bütün kommunal və texniki xidmətləri gücləndirilmiş iş rejimində çalışacaqlar.
Gültən Qədirli
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












