Bu da qanlı gülüşülə düşməni sarsıdan qazimizin həyat hekayəsi... - FOTO

Hamı onu gözündən qanı axa-axa gülən əsgər kimi tanıdı. Bir anda antiterror əməliyyatının simvoluna çevrildi. Qardaş Türkiyə mətbuatı qazimizdən qürurla danışdı, onun qəhrəmanlığını, qorxmazlığını təqdir etdi. Düşmən yaralı Azərbaycan əsgərinin gülüşündən sarsıldı. Mən də o qorxmaz, gözündən və bir neçə yerindən yaralanan qazimizlə əlaqə yaratdım, onunla qısaca söhbətləşdim. Belə qorxmaz, qəhrəman Azərbaycan əsgərlərini bütün dünya tanımalıdır. Şəhid qardaşı olduğumu dedim, “Allah bütün şəhidlərimizə rəhmət eləsin, Qazi qardaşlarımıza şəfa versin. Bütün şəhid yoldaşlarımın, onların ailələrinin qarşısında baş əyirəm” dedi.
Qazimiz Quliyev Ceyhun Rafiq oğlu Salyan rayonunun Xalac kəndində doğulub. 2012-2015-ci illərdə ildə C. Naxçıvanski adına hərbi liseydə, 2015-2019-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. Subaydır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində ön sıralarda döyüşüb. Antiterror əməliyyatı başlayan gündən qanunsuz erməni silahlı dəstələrinə qarşı döyüşə qatılıb.
Ceyhun Quliyev hazırda Ağdaş xəstəxanasında müalicə alır. Gözündən, qolundan, sinəsindən və ayağından çox saylı qəlpə yaraları alıb. Sol gözündəki qəlpə çıxarılıb. “İndi dumanlı görürəm, amma həkimlər deyibki müalicə davam etdikcə, yaxşılaşacaq, get-gedə daha yaxşı görəcəm” deyir. Həkimlərdən, tibb bacılarından razılığını bildirdi. Müalicəsi bitəndən sonra xidmətə davam edəcəyini “Vətənim Azərbaycanın hər zaman təhlükəsizliyini qorumağa hazıram” deyir.
Sonda onun səhhətilə maraqlanan hər kəsə təşəkkür edərək “Elyar bəy sizdən xahişim olacaq, mənimlə maraqlanan bütün ataların, anaların, bacıların, qardaşların əllərindən öpürəm, onlara salamlarımı, sevgilərimi və sayqılarımı çatdırıram.Allah sizi var eləsin. Var olun” dedi.
Sağol qazi qardaşım, sağol igid qardaşım.
Gülüşünlə düşmənə güllə yarasından daha ağır yara vurdun. Bir daha bütün dünya Azərbaycan əsgərinin qorxmazlığına, igidliyinə şahid oldu.
Əminəm ki, bugün bütün şəhidlərimizin ruhu şaddır.
Elyar İslamoğlu
Coratda bir neçə çala asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO
“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir – AÇIQLAMA - VİDEO
Sərnişinlərə qatarla alternativ yollar təklif edildi - FOTO
“Ulduz” metrosu ətrafında yeni yol: Piyada bağlantısı necə olacaq? – AÇIQLAMA
Azərbaycanda 8 ay ərzində neçə minik avtomobili istehsal edilib? – Rəsmi STATİSTİKA
Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI
Dehlidə keçirilən BRİCS iclasında nələr müzakirə edilib? - POLİTOLOQ
Prezident İlham Əliyev sükan arxasına keçib - VİDEO
Bakıda bəzi küçələrdə tətbiq ediləcək “yaşıl dalğa” sistemi tıxacı azaldacaq? - DEPUTAT
Avtobusların sayı artır, problem həll olunmur – Səbəb nədir?
Bakının nəqliyyatında yük niyə iki sistemin üzərindədir? – EKSPERT













