Bu ərazilərdə olan evlərə sənəd verilməyəcək - AÇIQLANDI

Sənədsiz evlər problemi illərdir qalmaqdadır. Dövlətə məxsus torpaqların sənədləşdiriləcəyi ilə bağlı xəbərlər tez-tez yayılır. Şirkətlərə məxsus torpaqlarda olan tikililərin taleyi ilə bağlı isə hansısa məlumat verilmir.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Modern.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, neft kontraktına aid olan ərazilərdə tikilən evlərə birmənalı olaraq sənəd verilməyəcək:
“Çünki o torpaqların çoxu radiasiyalı və insan orqanizminə ciddi ziyan gətirə biləcək ərazilərdə yerləşir. Bu səbəbdən neft müqaviləsinə aid olan torpaqlarda tikilən evlərin sənədləşdirilməsi mümkün olmayacaq. Gələcəkdə həmin torpaqların təmizlənməsi və həmin neft şirkətlərinin balansından çıxarılması həyata keçirildiyi və yaşayış fondu torpaqlarına aid edildiyi təqdirdə bu məsələyə baxıla bilər. Amma neft kontraktına aid olan torpaqlarda fərdi yaşayış evlərinin sənədləşdirilməsi nəzərdə tutulmur”.
Ekspert vurğulayıb ki, bu evlərin gələcəkdə köçürülməsi həyata keçirilə bilər:
“Bu ərazilərdə yaşamaq özü belə insan sağlamlığı üçün təhlükə mənbəyidir. Bu səbəbdən həmin yerlərdə yaşayan sakinlər köçürülə bilər. Bu birbaşa insanların özünün sağlamlığı ilə bağlı məsələlərdir və hökumət bu məsələdə heç də güzəşt etmək niyyətində deyil. Harada insan sağlamlığına ziyan gətirən hallar varsa, buna yol verilməyəcək”.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI












