Bu gecə bağlanacaq yolların siyahısı - XƏBƏRDARLIQ

Bu gecə bir neçə küçə və prospektdə “Oyunlar zolağı”nın işarələnməsi işləri əlaqədar olaraq hərəkət məhdudlaşdırılacaq. Avtosfer.az “Azəryolservis” ASC-yə istinadən xəbər verir ki, işarələnmə işləri Atatürk prospekti, Vaqif küçəsi, Hənifə Ələsgərov küçəsi və Tbilisi prospektində aparılacaq. Bu səbəbdən axşam saat 22:00-dan səhər saatlarınadək adı çəkilən küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti növbəli şəkildə tam olaraq məhdudlaşdırılacaq. Yəni bir küçədə işlər yekunlaşdıqdan sonra digər küçədə “Oyunlar zolağı”nın çəkilişi həyata keçiriləcək. Sürücülərdən göstərilən müddət ərzində həmin küçə və prospektlərdən imkan daxilində istifadə etməmək tövsiyə olunur və aparılan işlərə anlayışla yanaşmaları xahiş edilir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın işarələnməsi işlərinə aprelin 27-dən start verib. Eni 3,75 metr olan “Oyunlar zolağı”nın kənarlarında 15 santimetr enində sarı xətt və asfalt üzərində isə təyin ediləcək yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkilir.
Ümumiyyətlə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan tikinti və təmir işləri sürətlə davam etdirilir. Bütün növ çatışmayan yol nişanları, göstərici lövhələr quraşdırılır və nişanlama xətlərin çəkilməsi işi aparılır. Bütün işlər tərtib olunmuş qrafik üzrə həyata keçirilir.
Emin
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR












