Bu hallarda kirayəçi cərimələnə bilər - Ekspert AÇIQLADI

Qanunvericiliyə əsasən ev kirayə verilən zaman tərəflər arasında kirayə müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə əsasən də ödənişin vaxtı və məbləği müəyyən olunur. Bəs, kirayəçi ödənişi vaxtında ödəməsə, evdən çıxarıla bilərmi?
Bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Demokrat.az-açıqlama verib.
O qeyd edib ki, hər hansısa bir əmlak, mənzil, qeyri-yaşayış obyekti icarəyə verilirsə, mütləq şəkildə rəsmi qaydada müqavilə bağlanmalıdır:
“Bu zaman bütün öhdəliklər qeyd olunur. Tərəflərdən birinin öhdəlikləri pozması ilə bağlı qanunvericilikdə müəyyən müddəalar var. Bu zaman həmin şəxs cərimələnə bilər və yaxud kompensasiya ödəməli olar. Qeyd olunmuş icarə müqaviləsindəki vaxtda kirayə götürən şəxs mütləq şəkildə məbləği həmin tarixdə ödəməlidir. Əgər həmin tarixdə ödəməni gecikdirərsə, bu barədə ev sahibini məlumatlandırmalıdır. Əmlak sahibi həmin şəxsi bir müddət gözləyə bilər.Təbii ki, bu, qarşılıqlı razılaşma əsasındadır. Əgər müddət həddindən çox uzanarsa, artıq ev sahibinin qanunvericiliyə əsasən həmin şəxsi evdən çıxarmaq hüququ var. Yəni, bu baxımdan kirayə müqavilələrinin bağlanması hər iki tərəfin bu məsələ ilə bağlı hüquqlarının qorunmasına gətirib çıxarır. Müqavilənin bağlanması yaxşı haldır”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












