Bu il “Karyerada ilk addım” devizi altında 29 aktiv məşğulluq tədbiri keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu il Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında 29 aktiv məşğulluq tədbirinin keçirilməsi planlaşdırılır.
Tədbirlər həmin şəhərlərdə olan ümumilikdə 25 universitetdə, 2 kollecdə keçiriləcək. Həmçinin Gənclər Fondu, ASAN Xidmət və işəgötürənlərlə əməkdaşlıq həyata keçirilməklə də “Karyerada ilk addım” tədbirləri təşkil ediləcək.
Mart ayından başlanacaq bu tədbirlərdə tələbə və məzunlar işəgötürənlərə şəxsi məlumatlarını təqdim edə, işəgötürənlər isə müvafiq ixtisaslar üçün kadr seçimi aparmaq imkanı qazanacaq.
Tədbirlər zamanı təcrübə proqramlarında iştirak etmək istəyənlərin qeydiyyatı da aparılacaq, məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri barədə iştirakçılara məlumatlar veriləcək.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












