Bu marşrut avtobuslarında gedişhaqqı artırıldı: Sərnişinlər narazıdır - VİDEO

"Koroğlu" metrostansiyasından Bilgəh qəsəbəsinə hərəkət edən 150 saylı marşrut avtobuslarında gedişhaqqı dəyişikliyi olub.
Avtosfer.az-ın məlumatına görə, 4 gün əvvəl 171 nömrəli marşrut fəaliyyətini dayandırıb. Xətt 150 saylı marşrut adı altında "BakuBus" MMC-yə verilib.
Köhnə avtobsular da yeniləri ilə əvəzlənib. Bu yeniliyi sərnişinlərin bir çoxu sevinclə qarşılasalar da, qiymət dəyişiminə münasibət birmənalı deyil. Kimisi köhnə avtobuslarda 50, kimisi 60 qəpik gediş haqqı ödədiyini iddia edir.
Əvvəllər gedişhaqının məsafəyə görə dəyişdiyini deyən sərnişinlər bildirirlər ki, indi məsafədən asılı olamayaraq 70 qəpikdir. Yəni 10-20 qəpik bahadır.
150 saylı marşrut avtobusunun sürücüsü də gedişhaqqınının 70 qəpik olduğunu təsdiqləyir.
Maraqlıdır ki, nağd ödənişli avtobuslarda məsafəyə görə dəyişən gedişhaqqı niyə kartla işləyənlərdə də bu cür tənzimlənmir? Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, şəhərdaxili müntəzəm marşrutlarda ödənişlər məsafədən asılı olmayaraq 50 qəpik təşkil edir. Şəhərətrafı və qəsəbələrarası avtobuslarda isə tariflər məsafəyə görə dəyişir.
Yəni bu gedişhaqqı qanunauyğun təyin edilib.
Ətraflı videomaterialda.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












