Bura avtobuslar işləməyəcək - VİDEO

Artıq “Koroğlu” metrostansiyası yaxınlığında hərəkət edən sərnişin avtobuslarının istiqaməti dəyişdiriləcək. Yalnız həmin avtobuslar “Neftçilər” və “Qara Qarayev” metro stansiyası yaxınlığından hərəkət edə biləcək. Paytaxtda keçiriləcək Avropa Oyunları zamanı baş verə biləcək tıxacların qarşısını almaq üçün Bakı Olimpiya Stadionun yaxınlığında sərnişin avtobusları fəaliyyət göstərməyəcək. Metronun “Koroğlu” stansiyasının yaxınlığnda quraşdırılan dayanacaqlar yalnız ekspress avtobusların sərnişinləri üçün nəzərədə tutulub.
Bakı və onun ətraf qəsəbələrindən gələn marşutlar burda dayanmayacaq. Bununla da sıxlığın nisbətən aradan qaldırılmasının mümükün olacağını deyən nəqliyyat nazirliyinin rəsmisi Namiq Həsənov onu da əlavə etdi ki, Ziya Bünyadov və Heydər Əliyev prospektlərində sərnişin avtobusları işləməyəcək:
"“Qara Qarayev” və “Neftçilər” metro stansiyası ətrafına təklif olunan alternativ yollarla gedənlərin nəzərinə çatdırıram ki, bu iki maşrut üzrə, yəni Heydər Əliyev və Ziya Bünyadov prospektləri ilə hərəkət edənlər düşünməsinlər ki, onlar Bakı kəndlərindən gəlib öz iş yerlərinə gedə bilməyəcəklər. Əksinə bəzilərin yolu hətta qısalır, bəzilərin isə ola bilsin ki, yolu uzansın”.
Qeyd edək ki, metronun “Koroğlu” stansiyası istiqamətinə hərəkət edən avtobuslara alternativ yollardan istifadə edilməsi tövsiyyə olunacaq.
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT










