Cəlilabadda dəhşət: Atasını döyən şəxsi qisas məqsədilə öldürdü - Anbaan görüntülər

Oktyabrın 24-də Cəlilabad rayonunda qətl törədilib.
Avtosfer.az xəbər verir ki, yenicə həbsdən azadlığa çıxmış 1977-ci il təvəllüdlü Mirxəqani Əhmədov küçədə naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülüb.
“Xəzərxəbər” hadisənin görüntülərini yayıb. Bildirilib ki, M.Əhmədov aptekdən dərman alıb çıxarkən yol kənarında gözləyən gəncin hücumuna məruz qalıb. Ürək nahiyəsindən 2 ağır xəsarət alan 45 yaşlı şəxs xəstəxanada ölüb.
İlkin məlumata görə, hadisə qisas zəminində törədilib. Belə ki, M.Əhmədov vaxtilə rayon sakininlərdən birini döyərək onun sağlamlığına ciddi zərbələr vurub. 6 il həbs cəzası alan M.Əhmədov həbsdən çıxandan sonra döydüyü şəxsin oğlu onu öldürmək qərarına gəlib və izləyərək hücum edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












