Cənubi Koreyada avtomobil şirkətləri istehsalı dayandırdı

Cənubi Koreyada avtomobil və texnika istehsalçıları zavodlarda işləri dayandırır. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu qərar Çində koronavirusun yayılması ilə əlaqədar qəbul edilib.
Qeyd olunub ki, Çində sənaye müəssisələrinin işinin dayanması ilə əlaqədar avtomobil hissələrinin ixracı kəskin azalıb. Cənubi Koreyanın “Hyundai Motor Group” şirkəti ölkə ərazisindəki bütün zavodlarında istehsalı dayandırır. Əksər zavodların fevralın 11-dək işləməyəcəyi deyilir. “SsangYong Motor” şirkəti fevralın 12-dək Phöntek şəhərindəki zavodunda istehsal prosesini dayandırır. “KIA Motors” öz növbəsində istehsal tempini azaltdığını elan edib.
Bundan başqa, “Samsung Electronics”, “LG Display” və digər texnika şirkətləri Çindəki zavodlarda fevralın 9-dək işlərin bərpa olunmayacağını elan edib.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












