Çexiya ilə ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC-də Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Ekertin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Qurumdan Avtosfer.az-a bildirilib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov son illərdə ölkəmizdə dəmir yollarında aparılan islahatlardan danışıb. O bildirib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyindən səmərəli istifadə etməklə regionun nəqliyyat mərkəzinə çevrilməsi istiqamətində işlər davam etdirilir, dəmir yolu infrastrukturunun yenidənqurulması ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Cəmiyyətin sədri Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı sahəsində görülən işlər, qarşıda duran vəzifələr haqqında məlumat verib.
Sonra görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri, Çexiya şirkətləri üçün investisiya imkanları barədə məsələlər müzakirə olunub.
Çexiyanın ölkəmizdəki səfiri Milan Ekert Azərbaycanın beynəlxalq və regional layihələrin reallaşması prosesindəki fəaliyyətini yüksək qiymətləndirib, ikitərəfli əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.
Emin
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO















