Ceyranbatan su anbarının yanında təhlükə: Yolu çirkab dağıdıb? - VİDEO

Xırdalan şəhərində yerləşən Həsən Əliyev küçəsinin uzun müddətdir ki, kanalizasiya suyunun yola axması səbəbindən keçilməz vəziyyətdə olduğu iddia edilir.
Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkədə videogörüntü yayımlanıb.
Qeyd olunub ki, problemin yaşandığı ərazi Ceyranbatan su anbarının yaxınlığında yerləşir. Sakinlər bildirirlər ki, kanalizasiya suyu aylardır, hətta illərdir yolu bərbad hala salıb. Artıq vəziyyət o həddə çatıb ki, yoldan keçmək mümkün deyil. Başqa bir şikayətçi isə qeyd edib ki, dörd il öncə Xırdalanın kanalizasiya sistemi yenilənərkən işlər yarımçıq qalıb. Nəticədə, demək olar ki, hər gün kanalizasiya suyu daşaraq Ceyranbatan gölünə axır.

Görüntü ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Oxu.az-a bildirilib ki, yola axan kanalizasiya suyu deyil.
"Bu, Xırdalanda "Qafqaz" adlandırılan nasosxanadır. Orada iki nasosxana var - biri həyətin içərisindədir, köhnədir, digəri yenidir. Hazırda bizdə köhnə nasosxnana fəaliyyət göstərir. Gün ərzində orada yeni nasos təmir edilib, yeni siyirtmə quraşdırılıb, nasosun giriş-çıxış siyirtmələri saxlamadığına görə təmir vaxtı biz məcbur oluruq ki, hansısa nasosda iş görəndə ümumiyyətlə sistemi saxlayaq. Ona görə ötən gecə saat 12-dən səhər saat 5-ə qədər giriş hissəyə siyirtmə quraşdırmışıq ki, hər hansı nasosun birində problem yaranarsa, yalnız o nasos təmir olunsun, o biri nasosxananı saxlamağa ehtiyac yaranmasın. Bu problemin 80%-i artıq həll olunub", - deyə məlumatda bildirilir.
Həmçinin, əlavə olunub ki, yoldakı su gölə axmır:
"Göl ilə heç bir əlaqəsi yoxdur. Bir neçə günə yolda su tamamilə quruyacaq".
Ramazan ayının səkkizinci gününün duası - İmsak və iftar vaxtı
XİN Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb
Sərxoş halda velosiped sürənlər cərimə olunacaq? - VACİB AÇIQLAMA
İlham Əliyev Xocavənd kəndinə köçmüş sakinin evində olub, söhbət edib - FOTO - VİDEO
"Tarixin bir günü", "Elgizlə izlə" və digər verilişlərlə bağlı şikayətlərə - RƏSMİ CAVAB
Ermənistanın dəmir yolları Azərbaycana verilə bilər? - AÇIQLAMA
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Elmlər Akademiyasında maraqsız iclas - Alimlər yatdı - FOTOLAR
“Bolt” Azərbaycanda vəzifəli şəxslər işdən azad edilib – Şirkətdən AÇIQLAMA - VİDEO
AMEA-dan Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA
Elgizlə Tolikin verilişi bağlandı










