Çin azad olunmuş ərazilərdə minatəmizləmə işlərinə 285 min dollar yardım ayırıb

Əməkdaşlığımız xalqlarımızın rifahına real töhfə verir. Avtosfer.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey 2025-ci il üzrə illik mətbuat konfransında çıxışı zamanı bildirib. Səfir deyib ki, Çin və Azərbaycan arasında əməkdaşlıq təkcə qarşılıqlı fayda təmin etmir, həm də hər iki ölkənin xalqlarına real töhfə verir.
Onun sözlərinə görə, dövlət başçıları tərəfindən imzalanmış Humanitar Mina Təmizləmə üzrə Anlaşma Memorandumu çərçivəsində Çin ANAMA-ya 2 milyon yuan (285 min dollar ) məbləğində maliyyə yardımı ayırıb:
“Bu dəstək Azərbaycanın azad olunmuş ərazilərdə mina təmizləmə imkanlarının artırılmasına və bərpa işlərinə töhfə verib, yerli əhalinin təhlükəsizliyinin təmin olunmasına xidmət edib”.
Lu Mey bildirib ki, Çin humanitar sahədə də layihələr həyata keçirir. Belə ki, Heydər Əliyev Fondu vasitəsilə Bakının Xəzər rayonundakı iki uşaq evinə Çin istehsalı elektron avadanlıqlar təqdim olunub və Çin–Azərbaycan dostluğu rəqəmsal sinifləri yaradılıb. Səfir əlavə edib ki, Naxçıvan Muxtar Respublikasında Çin tərəfindən maliyyələşdirilən distant təhsil avadanlıqlarının təqdimatında da iştirak edib. Layihə çərçivəsində Naxçıvandakı 216 məktəb yeni avadanlıqla təmin olunub.
Diplomat qeyd edib ki, Azərbaycan tərəfi də Çində sosial təşəbbüslərə dəstək göstərib:
“Azərbaycan Çinin Yunnan vilayətinin Malipo rayonunda yerləşən 2-ci ibtidai məktəbdə oyun meydançasının tikintisinə yardım edib. Bu layihələr xalqlarımız arasında dostluğun səmimi nümunələridir və xüsusilə gənc nəslə yönəlib”.
Səfir vurğulayıb ki, humanitar mübadilələr Çin–Azərbaycan dostluğunun təməlini daha da möhkəmləndirir. Onun sözlərinə görə, ötən il mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlıq aktiv şəkildə inkişaf edib.
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB












