Temperatur 12 dərəcə düşəcək, çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Azərbaycanda hava şəraitinin dəyişəcəyi haqqında xəbərdarlıq edilib.
Milli Hidrometereologiya Xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yanvarın 08-dən başlayaraq 12-dək hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Külək: şimal-şərq küləyi 07-si axşamdan 10-u gündüzədək arabir güclənəcək. 08-i gündüzdən 10-u gündüzədək arabir çovğun olacağı ehtimalı var.
Havanın temperaturu: ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacaq.
Yanvarın 8-i axşamdan 12-dək yolların buz bağlayacağı ehtimalı var.
Azərbaycanın rayonlarında yanvarın 8-dən başlayaraq 12-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.
Külək: şimal-şərq küləyi 07-si axşamdan 10-u gündüzədək arabir güclənəcək. Çovğun olacağı ehtimalı var.
Havanın temperaturu: ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlıq rayonlarda isə gecə 10-15° şaxta, gündüz 5-8° şaxta olacaq.
Yollar buz bağlacaq.
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO












