Dayanacaqlarda toz basan milyonlar - Pul xərcləndi, heç bir işə yarımır

10 il əvvəl Bakıda avtobus dayanacaqlarında avtobusların hərəkət sxemini göstərən iri monitorlar yerləşdiriib. Təəssüf ki, hazırda bu monitorlar sadəcə əşya rolunu oynayır.
Belə ki, bir çox dayanacaqlarda həmin monitorlar işləmir. Əlavə olaraq, bəzi dayanacaqlar elə yerdə quraşdırılıb ki, həm digər maşınların hərəkət intensivliyinə mane olur, həm də insanlar üçün əlverişsizdir. Bu sahəyə milyonlarla pul ayrılıb, amma vəziyyət xoşagələn deyil.
Bəs milyonların xərcləndiyi toz basmış bu monitorların aqibəti necə olacaq?
Məsələ ilə bağlı yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Bakupost.az -a açıqlama verib.
Ekspert bu sistemin vaxtilə yarımçıq qurulduğunu düşünür:
“Qurulandan sonra məlum oldu ki, onun funksionallığı tam deyil. Avtobuslarda GPS (Qlobal Mövqetəyinetmə Sistemi - naviqator), müəyyən avadanlıqlar olmalıdır. Həmin avtobus dayanacaqlarının informasiya terminalının internet, rabitə əlaqəsi olmalıdır. Bu sistem özünü doğrultmayandan sonra onu dağıtmağa başladılar. Bəzi avtobuslarda quraşdırılmışları söküb atdılar. Yeni avtobuslarda, ümumiyyətlə, olmadı. Yenidənqurma tədbirləri zamanı kabellər sökülüb atıldı. İndiki halda onların mövcudluğu bir problemdir. Hər şey rəqəmsallaşıb. İnternet vasitəsilə kabellər olmadan məlumatlar ötürülür.
İctimai nəqliyyatda saysız hesabsız problem var. Bu onlardan sadəcə biridir. Bu problemlərin hər birini həll etmək lazımdır. Məsələn, köhnə, yararsız ictimai nəqliyyat vasitələri, sürücülük hüququ olmayan şəxsə avtobus verilməsi və s. kimi problemlər mövcuddur. Bunların yanında monitor məsələsi balacadır. Bu problemlər qaldığı halda sözügedən məsələni həll etmək mümkün deyil. Kompleks işlər görülməlidir”.
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA












