Dələduzluq edən şəxs saxlanılıb - Qəbələdə

Yevlax və Qəbələ rayon polis şöbələrinin əməkdaşlarının birgə keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 maddələri ilə axtarışda olan 1960-cı il təvəllüdlü Nazim Quliyev Qəbələ rayonu ərazisində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, Nazim Quliyevin Yevlax rayonunun Ağqıraq kənd sakinləri - Dünyamin Sadıxov və Kamran Bəhərçinovdan polisə düzəldəciyi vədi ilə ümumilikdə 7000 manat, həmin kənd sakini olan Nicat Bəhərçinovdan isə təqaüdə çıxaracağı vədi ilə 8000 manat pulu alaraq dələduzluq yolu ilə ələ keçirib.
N.Quliyevin respublikanın digər şəhər və rayonlarında, əsasən kənd sakinlərinə qarşı analoji cinayətlər törətdiyi də istisna edilmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Yevlax Rayon Polis Şöbəsinə və ya şəhər telefonlarından (02233) 6-45-02 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.
Namiq
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ










