DİN seçki ilə bağlı videogörüntülərə münasibət bildirdi

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Suraxanı rayonundakı seçki məntəqələrindən birində polis əməkdaşlarının məntəqənin daxilində bir nəfərə qarşı zor tətbiq etdiklərini əks etdirən videogörüntülərlə bağlı məlumat yayıb.
Avtosfer.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov "Report"a həmin məntəqənin sədri qanunvericiliyin tələbinə uyğun olaraq ərazidə xidmətdə olan polis əməkdaşlarını məntəqəyə dəvət edib:
"Bəli, o görüntüləri biz də izləmişik, Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 8 saylı məntəqədə qeydə alınıb. Araşdırmalarla məlum olub ki, həmin məntəqənin sədri qanunvericiliyin tələbinə uyğun olaraq ərazidə xidmətdə olan polis əməkdaşlarını məntəqəyə dəvət edib və orada olan müşahidəçinin seçki prosesinə yersiz və əsassız müdaxilə etməsini və seçicilərin normal səs vermələrinə maneələr yaratdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları məntəqəyə daxil olaraq həmin şəxsi nizam-intizama dəvət etmiş və ondan məntəqəni tərk etməsini tələb etmişlər. Lakin, o, polisin qanuni tələblərinə məhəl qoymayaraq onlara qarşı müqavimət göstərmişdir. Belə olan halda polislər güc tətbiq etməklə onu məntəqədən kənarlaşdırıb və ciddi xəbərdarlıq ediblər. Bundan sonra məntəqə sədri həmin şəxsin müşahidəçi statusunda olmasını və polisin artıq xəbərdarlıq etdiyini nəzərə alaraq onun yenidən məntəqəyə daxil olmasına icazə verib.
Yeri gəlmişkən, bir daha qeyd etmək istərdim ki, Milli Məclisinə növbədənkənar seçkilər zamanı polis, yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda – rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa etmiş, qanunauyğun tədbirlər görmüşdür".
Gültən Qədirli
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












