Dumanlı hava bu vaxta qədər DAVAM EDƏCƏK - HAVA PROQNOZU

Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur.
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Avtosfer.az-a bildirib ki, soyuq yer səthi üzərində nisbətən isti hava kütlələrinin üfüqi istiqamətdə hərəkət etməsi isti havanın tərkibində olan su buxarının soyuq səthə toxunaraq kondensasiya olunmasına səbəb olur. Bu da yerüstü təbəqədə dumanın əmələ gəlməsinə şərait yaradır:
“Dumanlı hava şəraiti ilə əlaqədar Naxçıvan, Şərur, Naftalan, Şəmkir, Ağdam, Tovuz, Qəbələ, Şəki, Balakən, Şamaxı, Qobustan, Qusar, Xaltan, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, Hacıqabul, Biləsuvar, Cəfərxan, Lənkəran və Lerikdə görünüş məsafəsi 300-800 metr, Gəncədə isə 50 metrədək məhdudlaşıb”.
G.Məmmədovanın sözlərinə görə, dumanlı hava şəraitinin bəzi rayonlarda həftəsonunadək fasilələrlə davam edəcəyi gözlənilir.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












