Ədalət Şükürov, hər şey sizin “gördüyünüz” kimi deyil - REPLİKA

Əməkdar artist Ədalət Şükürov sosial şəbəkələrdə video paylaşaraq Bakı Nəqliyyat Agentliyini (BNA) tənqid edib. Tənqid deyəndə ki...
Əvvəlcə ondan başlayaq ki, çox hörmətli Ədalət Şükürov qanun-qaydalara əməl etməkdən danışır, maaifləndirmədən söhbət açır. Amma özü hərəkətləri ilə insanlara çox pis örnək olur: Sükan arxasında təhlükəsizlik kəməri taxmadan avtomobil idarə edir. Eyni zamanda mobil telefonla çəkiliş aparır.
Bütün bunlar hörmətli əməkdar artistə görə deyəsən qayda pozuntusu deyil. Bu belə...
Keçək BNA-nın fəaliyyətinə. Ədalət Şükürovun da qeyd etdiyi kimi, BNA əməkdaşları avtomobil ilə şəhərdə gəzir və qayda pozanları cərimə edirlər. Müğənni qeyd edir ki, yol polisi ərazidə olur, amma BNA yoxdur. Diqqətlə baxsanız BNA əməkdaşları da, yol polisi də ərazidə xidmət aparır. Özü də koordinasiya olunmuş şəkildə.
Müğənninin diqqətinə çatdırmaq istərdik ki, artıq uzun müddətdir bu iki qurum məhz yuxarıda dediyim kimi, yəni koordinasiyalı şəkildə, birgə fəaliyyət göstərirlər. Çünki BNA əməkdaşları mülki şəxslərdir. “20 yanvar” ərazisində isə dəfələrlə BNA əməkdaşları avara, narkotik maddə aludəçisi və s. bu kimi insaların hücumlarına məruz qalıb.
Maaifləndirməyə gəldikdə, bu, çox ağır məsələdir. Bircə faktı qeyd etmək kifayət edəcək ki, məsələni daha dərindən başa düşəsiniz. Bir müddətdir ki, qeyd edilən ərazidə yol polisi və BNA birgə tədbirlər keçirir. Onlar taksi sürücülərini yolun hərəkət hissəsindən uzaqlaşdıraraq intensivliyi bərpa etməyə çalışırlar. Bütün bunların fonunda bəzi taksi sürücüləri narazılıq edirlər. Yol polisi və BNA əməkdaşları ərazidən uzaqlaşan kimi yenidən ikinci sıranı, avtobus dayanacaqlarını zəbt edirlər. Təbii ki, bu proses bu cür davam edə bilməz. Amma təəssüflər olsun ki, qaydaları pozan da elə bizlərik. Necə ki, hörmətli Ədalət bəy, Siz kəmər taxmamaqla, mobil telefondan istifadə etməklə qayda pozmağı adi hal kimi qəbul edirsiniz, həmin taksi sürücüləri də ikinci sırada dayanmağı bu cür başa düşürlər. Odur ki, özünüzdən özünüzə şikayət etməyin.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












