Əfv Komissiyasına müraciətlərin çox hissəsini piyada ölümlərinə səbəb olan sürücülər təşkil edir - Zahid Oruc

Əfv Komissiyasına müraciətlərin çox hissəsini piyada ölümlərinə səbəb olan sürücülər təşkil edir.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Əfv Komissiyasının üzvü Zahid Oruc parlamentin bugünkü plenar iclasında deyib.
Onun sözlərinə görə, 2024-cü ildə 1427 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1952 nəfər bundan zərər çəkib:
"Bu göstərici də əvvəlki illərlə müqayisədə 13 faizə qədər azdır. Əfv Komissiyasının üzvləri olaraq, müraciətlərə baxdıqda statistikanın çox hissəsini piyadavurma ilə bağlı hadisələrin təşkil etdiyini görürük. Piyadalar sanki yolun hakimidirlər. Ona görə də yol-nəqliyyat hadisələrində həyatını itirənlərin 60 faizi piyadalar olur. Bu səbəbdən lap bağçadan başlayaraq köklü dəyişiklik edərək piyada mədəniyyəti formalaşdırmalıyıq”.
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI
Bakının bir sıra yollarında tıxac yarandı
Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur












