Ekspert: “Əgər biz keyfiyyət, komfort və vaxta qənaət istəyiriksə, mütləq vəsait ödəməliyik”

“Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun yeni hissəsinin istifadəyə verilməsi həmin istiqamətdə sıxlığı azaldacaq”.
Bunu “Report”a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib.
Qeyd edək ki, bu gün Tarif (Qiymət) Şurası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) müraciəti əsasında bu yol üçün tariflər müəyyən edib.
Ekspertin sözlərinə görə, ödənişli yolların olması təcrübəsi dünyanın bir çox ölkələrində mövcuddur:
“Ödənişli yolların mövcud olması xarici ölkələrin, xüsusən də inkişaf etmiş ölkələrin təcrübəsində çox geniş yayılıb. Burada əsas məqsəd alternativ yolların yaradılması, əhalinin bir nöqtədən başqa nöqtəyə gedərkən rahat şəkildə seçimlər edə bilməsidir.
Bunların da bir neçə maliyyə mənbəyi olur. Belə ki, həmin yollar adi fiziki şəxslər, xarici investorlar və dövlət tərəfindən də maliyyələşdirilə bilir. Adətən xarici investorlar yaxud fiziki şəxslər tərəfindən maliyyələşdirilən zaman bu, müəyyən müddətə tiklib istismar edilir. Təxminən 25 ildən başlayan müddətdə investorlar qoyduqları xərcləri çıxardıqdan sonra həmin yollar yenidən dövlətin tabeliyinə verilir. Yəni dünya təcrübəsi belədir”.
Y. Mustafayev bunu Azərbaycan üçün müəyyən edilən qiymətlərlə müqayisə edib. O qeyd edib ki, “Avtomobil yolları haqqında” qanunun 19-cu maddəsinin ikinci bəndində də göstərilib ki, ödənişli yolları təşkil etmək üçün mütləq eyni keyfiyyətdə alternativ ödənişsiz yolun olması lazımdır:
“Hazırda Bakı-Rusiya istiqamətində təklif edilən ödənişli yola alternativ ödənişsiz yol da var. Adətən mühərrik həcmi kiçik olan nəqliyyat vasitələri üçün çox az miqdarda qiymətlər müəyyən edilir. Əslində daha çox daşınar yüklərdən, xüsusən də tranzit yüklərdən vəsaitlərin daxil olması nəzərdə tutulur. Ödənişsiz yol onun alternativindən təxminən 11 km qısadır. Vaxta qənaət etmək istəyən sürücülər təbii ki, ödənişli yolu seçə biləcəklər. Hesab edirəm ki, həmin istiqamətdə hərəkət edəcək sürücülərin böyük əksəriyyəti buna gedəcək. Əgər biz keyfiyyət, komfort və vaxta qənaət istəyiriksə mütləq vəsait ödəməliyik və bu, çox normal haldır”.
Qeyd edək ki, Tarif Şurasının qərarı ilə Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib.
Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək. Avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib. Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).
Gediş üçün ödənişin məbləği avtomobil yolunun texniki dərəcəsi, aidiyyəti qurumların apardığı monitorinqlər əsasında nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla müəyyənləşdirilib. Hazırda yolda son tamamlama işləri aparılır.
Azərbaycan Prezidenti: "Avropa Parlamenti rüşvətxorlar yuvasıdır"
Nəqliyyat gəlirlərinin artması Azərbaycana nə qazandıracaq? – İQTİSADÇI
Metroda nasazlıq yarananda sərnişinlərin təhlükəsizliyi necə qorunmalıdır? – AÇIQLAMA
Tıxacda bu hərəkət böyük qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ
Bakıda taksi qiymətləri niyə artır? - Ekspert
Ağalıda 5-ci Bilik Günü qeyd edilib - VİDEO
Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?
Bakıda piyada keçidləri hər kəs üçün əlçatandırmı? – ARAŞDIRMA – FOTO
Diplomatların Qarabağa 22-ci səfəri region üçün hansı mesajlar verir? - AÇIQLAMA
Sabahdan ictimai nəqliyyatda hansı yeniliklər olacaq? – Qurumlardan AÇIQLAMA
Bakıda taksi qiymətləri 2 dəfə bahalaşdı - Səbəb tıxacdır?










