Ekspert: "Ödənişli yolun olması turizm və yükdaşıma imkanlarını artıracaq"

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq tikilmiş yeni hissəsinin ödənişli olması bölgənin turizm və yükdaşıma imkanlarının artırılmasına əhəmiyyətli təkan verəcək.
Bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Amal Həsənli Tarif (Qiymət) Şurasının sözügedən yolla bağlı bu gün qəbul etdiyi qərara münasibət bildirərkən deyib.
"Bu gün dünyada ödənişli yollardan geniş istifadə olunur. Azərbaycanda həmin yol üçün müəyyən edilmiş tariflər region ölkələrinə nisbətən kifayət qədər optimaldır. Yolun ödənişli olması onun saxlanması ilə bağlı dövlət büdcəsinin xərclərini azaldacaq. Qənaət ediləcək vəsaiti isə digər mühüm infrastruktur layihələrinə yönəltmək mümkün olacaq. Yol boyu ətraf infrastrukturun yaradılması isə həm əhalinin məşğulluğunu artıracaq, həm də regionun turizm potensialının realizə edilməsinə imkan verəcək", - deyə o qeyd edib.
"Azərbaycanda xüsusilə son 20 ildə yol infrastrukturunun inkişafı istiqamətdə böyük işlər görülüb. Respublikamızda 21 min kilometrə yaxın avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub və təmir olunub. O cümlədən, Bakı şəhərində 2 000 km-dən çox, kəndlərarası isə 5 100 km uzunluğunda avtomobil yolu tikilib, yenidən qurulub və təmir olunub. 2003-cü illə müqayisədə birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu 9 dəfə artaraq 1 025 kilometrə çatdırılıb. Bu gün bu işlər xüsusilə işğaldan azad edilmiş ərazilərdə daha intensiv formada aparılır. Yeni yollar çəkilir, körpülər və tunellər tikilir. Görülən işlər nəticə etibarı ilə ölkənin tranzit imkanlarını artırır və milli iqtisadiyyatın inkişafında təkanverici rol oynayır”, - deyə ekspert əlavə edib.
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI











