Yaxın vaxtlarda taksi qiymətlərinin yüksələcəyini düşünmürəm - AÇIQLAMA - FOTO

Azərbaycanda taksidən istifadə edənlərin sayında son vaxtlar artım müşahidə olunur.
Cari ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 94,7 milyon ton yük, 1 200,2 milyon sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2% və 18,4% artım qeydə alınıb.
Sərnişinlərin 94,7%-i avtobus, 5,3%-i isə taksilərin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 5%, sərnişin dövriyyəsi isə 18% artıb.
Bəs görəsən, bu taksi qiymətlərinə təsir edə bilərmi? Taksiyə müraciətlərin sayının artması nə ilə bağlıdır? Ötən illərlə müqayisə etsək, hansı məqamlar ortaya çıxa bilər?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov başlıca səbəbi mövsümlə əlaqələndirib:
“İctimai nəqliyyatın ən kütləvi seqmenti bu gün avtobusdur. Avtobuslar daha çox sərnişin daşıyırlar. Taksilərin də son vaxtlar sərnişindaşımada payının artmasının mövsümlə əlaqəli olduğunu düşünürəm. Yay mövsümündə tətillər olduğu üçün ictimai nəqliyyatdan istifadə indiyə nisbətən zəif idi. Həmçinin taksidən də az istifadə edirdilər.
Lakin sentyabr ayından məktəb və universitetlər açılıb. Nəticədə insanların hərəkəti artıb. Bu da öz növbəsində ictimai nəqliyyat vasitələrinə olan tələbatı daha da artırır”,
Ekspert qeyd edib ki, ölkəmizdə ictimai nəqliyyat çoxşaxəli deyil:
“Bakı şəhərində ictimai nəqliyyat o qədər də çoxşaxəli deyil. İctimai nəqliyyat yalnız metro və avtobusdan ibarətdir. Burada taksinin də payı nəzərəçarpacaq dərəcədədir. Taksi ictimai nəqliyyatın yükünün bir qismini öz üzərinə götürə bilir. Bakı və ətraf ərazilərdə bu səbəbdən taksiyə tələb daha çoxdur”.
“Taksiyə tələbin çox olması ilə yanaşı minik avtomobillərin də sayı yetərincədir. Taksi fəaliyyəti ilə məşğul olan şirkətlərin sayı da ildən-ilə artır. Taksidə fəaliyyət göstərən vətəndaşların da sayı kifayət qədər çoxdur. Ona görə balans yaranır. Tələb və təklif bir-birini tənzimləyir. Taksilərin yaxın vaxtlarda qiymətlərin yüksələcəyini düşünmürəm”, - deyə E.Cəfərov əlavə edib.
Qeyd edək ki, “Avtomobil nəqliyyatı haqqında” qanunda edilmiş dəyişikliklər oktyabr ayının 1-dən etibarən tətbiq edilib. Yeni qaydalara əsasən, Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərə məcburi şəkildə taksometr quraşdırılmalıdır.
Belə ki, minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gediş haqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz (taksometr) və proqram təminatı olmalıdır.
Bu gün Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur - Prezident - VİDEO
DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad etdilər - FOTO - VİDEO
SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Mehriban Əliyeva Zəngilanda çay kənarından paylaşım etdi - FOTOLAR
Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO
Prezidentin sosial şəbəkə hesablarında Cəbrayıla səfərlə bağlı paylaşım edilib - VİDEO
Laləlikdə maşın sürmüşdülər, polis saxladı - FOTO - VİDEO
Ağdamda yeni tikilən binaların müasir yeraltı dayanacaqları - VİDEO
Ermənistan Cəbrayıla yol çəkmək istəyirdi, vaxtı çatmadı - Prezident
Mehriban Əliyeva Zəngilandan paylaşım etdi - FOTOLAR










