Ərdoğan Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi üçün yeni format təklif etdi

“Türkiyənin təşəbbüsü ilə baş tuta biləcək üçtərəfli görüş barədə təkliflərimizi hər iki tərəfin diqqətinə çatdırmışıq. Lakin bu mövzuda üçtərəfli görüşdən əlavə, ola bilsin ki, dördtərəfli görüş də baş tutsun”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə səfəri öncəsi media üçün keçirdiyi brifinqdə bildirib.
O, həmçinin qeyd edib ki, regionla heç bir bağlılığı olmayan liderlərlə yox, məsələnin içində olan şəxslərlə - Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanla birlikdə görüş keçirə bilər:
“Addımlarımızı da buna uyğun ataq. Bu barədə bizə müsbət və ya mənfi bir cavab verilməyib. Məsələ ilə bağlı cənab Əliyevlə də müzakirələr aparacağıq. Danışıqları genişləndirəcəyik və məsələləri yaxından izləyəcəyik”, - deyə Türkiyə lideri bildirib.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












