Ermənilər Qarabağa belə qayıdacaq: Evləri və əmlakı... - AÇIQLAMA

Azərbaycan artıq Qarabağ daxil, bütün ərazi üzərində suverenliyini tam təmin edib. Bunu təmin edən bir çox şərtlər artıq yetişmişdi. Qarşı tərəf, yəni Ermənistan burada özü üçün müəyyən “şərtlər” qoymuşdu. Bundan da irəli gələrək Ermənistan proseslərlə bağlı güzəştli həlli qəbul etmirdi. Erməni əhalisinin maraqlarını nəzərə alan təkliflərdən belə Ermənistan hakimiyyəti imtina edirdi.
Bunu politoloq Zərdüşt Əlizadə deyib.
O qeyd edib ki, Azərbaycan Ermənistandan ərazisində saxladığı silahlıları çıxartmağı tələb edirdi:
“Çünki belə olan halda Qarabağda yenidən hər hansı hərbi əməliyyatlar olmayacaqdı. Oradakı qanunsuz silahlılar ərazidən çıxdıqdan sonra danışıqlar başlayacaqdı. Bunun nəticəsində orada yaşamaq istəyində olan ermənilər üçün də təkliflər gündəmə gələcəkdi. Amma bunların heç biri baş vermədi. Ermənistan bütün bunlara qarşı çıxdı və nəticə göz önündədir”.
Politoloq hesab edir ki, ermənilər bir günlük antiterror tədbirlərindən sonra reallığın tamam başqa cür olduğunu anladı: “Bunun ardınca Erəmistandan Qarabağda yaşayan ermənilərə əmr verildi ki, ərazini tərk edin. Əslində bu amil erməni tərəfinin mədəni siyasətin nə olduğunu anlamadığını göstərən faktdır”.
Zərdüşt Əlizadə Azərbaycanın suveren ərazisində özünün Konstitusiya hüquqlarını təmin etdiyini söyləyib: “Bu gün Xankəndidə və digər ərazilərdə inzibatı orqanlar yerləşib. Xankəndi həmişə Azərbaycanın olub. Sadəcə olaraq Xankəndiyə qarşı erməni iddiaları olub, Azərbaycan isə bunları rədd edib. Vaxtilə Xankəndidə Azərbaycan SSR-nin bayrağı dalğalanırdı. Buradan müəyyən təlaşla çıxmış ermənilər də zaman etibarı ilə geri qayıdacaq. Çıxıb getmiş emrənilərin buradakı əmlakı qorunur. Zaman getdikcə, ermənilər hissə-hissə geri qayıdacaq. Kimsə gəlib burada evini satıb gedə də bilər. Amma qalanlar çox olacaq”. (Teleqraf.com)
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI











