Fazil Mustafa cinayətini açan polislər mükafatlandırıldı

Xəbər verdiyimiz kimi bu gün Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, kollegiya iclasında çıxış edən nazir, general-polkovnik Vilayət Eyvazov qanunla müəyyən edilmiş vəzifələrin və qarşıya qoyulmuş tapşırıqların cari ilin birinci rübündə bütövlükdə layiqincə yerinə yetirildiyini, cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində əldə olunmuş müsbət nəticələrin inkişaf etdirildiyini, şəxsi heyətin xidməti vəzifələrin icrasını böyük əzmlə həyata keçirdiyini, xüsusən respublikada və onun paytaxtı Bakı şəhərində ağır və xüsusilə ağır cinayətlərin açılmasında yüksək peşəkarlıq, qətiyyət və operativlik göstərmiş Nazirliyin və ərazi polis qurumlarının 136 əməkdaşının mükafatlandırıldığını diqqətə çatdırıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, mükafatlandırılan polis əməkdaşlarının əksəriyyəti deputat Fazil Mustafaya qarşı törədilən terror aktının açılmasında iştirak edənlərdir.
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”
Aparıcının öldüyü qəzada digər sürücünü nə gözləyir? — Hüquqşünas açıqladı
“Qara Cümə” endirimlərinin pərdəarxası: Alıcılar necə aldadılır?
Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
Bakıda tunel və yol layihələri niyə gecikir?- Deputat AÇIQLADI
Şəhərlərarası avtobuslarda standart, komfort və premium xidmətlər – Nə dəyişəcək? - EKSPERT
“Hələ yazılacaq çox hekayəm var…” - Sonuncu dəfə bu paylaşımı edib
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib











