FHN-dən hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib.
Avtosfer.az xəbər verir ki, məlumatda deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 24-dən 25-i gündüzədək bəzi bölgələrdə yağış yağacağı və şimşək çaxacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, çaylarda sululuğun artacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi gözlənilir.
Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını xatırladır.
Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
İldırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.
Bundan əlavə, ölkə ərazisində havanın temperaturunun yüksəlməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə yaranan qar uçqunu təhlükəsini nəzərə alaraq, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək tövsiyə olunur.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!".
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












