Fizika müəllimi arvadının xalasını öldürübmüş - Oğurluğa görə tutulmuşdu
Gündəm
14 Dekabr 2021 18:20

Göygöl rayonunda silsilə oğurluq etməkdə şübhəli bilinərək saxlanılan fizika müəllimi Elnur Hüseynovun başqa cinayətləri də üzə çıxıb. “Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, Çaykənd kənd sakini Elnur Hüseynov bir neçə il əvvəl qaynanasının bacısını öldürübmüş. O, qadını öldürdükdən sonra evdən külli miqdarda qızıl oğurlayıb. Daha sonra izi itirmək məqsədi ilə evi yandırmaqda şübhəli bilinir.
DİN-in rəsmi məlumatına görə, E.Hüseynov həmkəndliləri ilə qabaqcadan əlbir olaraq 2019, 2020 və 2021-ci illərdə oğurluq cinayətləri törədərək vətəndaşlara külli miqdarda ziyan vurub. Cinayətkar dəstə vətəndaşlara məxsus mal-qara və dəyərli əşyaları oğurlamaqla ümumilikdə 172 min manatdan çox ziyan vurublar.
Dindirilmə zamanı, Göygöl rayon Çaykənd kənd məktəbində fizika müəllimi işlədiyini bildirən E. Hüseynov və digər şəxslər törətdikləri cinayət hadisələrini etiraf ediblər.
Oxunub : 950
DİGƏR XƏBƏRLƏR
26 Noyabr 2026 17:16
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
26 Noyabr 2026 10:00
Bəlkə kəmərə də bal tətbiq edilsin?
25 Noyabr 2026 22:30
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
25 Noyabr 2026 16:30
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
25 Noyabr 2026 08:48
Maşınla işə gedənlərə PİS XƏBƏR!
24 Noyabr 2026 20:45
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
24 Noyabr 2026 16:46
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
24 Noyabr 2026 16:09
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
24 Noyabr 2026 13:11
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
24 Noyabr 2026 10:30
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
24 Noyabr 2026 08:47
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
23 Noyabr 2026 20:15
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
ŞƏRH YAZ












