Gəncə avtovağzalının ətrafindan keçən yol baxımsız vəziyyətdədir - VİDEO

Gəncə avtovağzalının ətrafindan keçən yol baxımsız haldadır. Ətrafına atılan tullantılar isə yoldan istifadəni çətinləşdirir.
Avtovağzala qədər olan əsas yol, eləcə də geri şəhər istiqamətində çəkilmiş ehtiyat yol asfaltlanıb. Ancaq aradakı yolun vəziyyəti sürücüləri zara gətirib. Xüsusən də ictimai nəqliyyatda çalışanları.
Yolun baxımsızlığı ilə yanaşı, ətrafa atılan tullantılar da bura diqqət ayırmağın vacibliyini ortaya qoyur. Yolun durumu həm sürücülər, həm də sərnişinləri dilə gətirib.
Amma dediklərinə görə, yaranmış vəziyyət ərazidə yerləşən Gəncə Beynəlxalq Avtovağzalının rəhbərliyini də narahat edir. Qurumun rəsmiləri məsələni həll etmək üçün təşəbbüs də göstərib.
Gəncə Beynəlxalq Avtovağzalın direktoru Namiq Həsənov qeyd edib ki, problemlə bağlı aidiyyatı quruma müraciət ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, sözügedən yol bu il təmir olunacaq.
İndi həm sürücülər, həm də sərnişinlər səbirsizliklə yolun təmir olunacağını gözləyirlər.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











