Gənclərimizi ölümə aparan sevgisi: “AVTOŞ”luq

Bəzi gənclərimizin “Avtoşluq” deyə ifadə olunan avtoxuliqanlığa marağı hər zaman aktual məsələlərdən olub.
Kimi valideyinlər ali məktəbə daxil olduğu üçün mükafat olaraq övladına avtomobil alır. Kimisi işləyərək topladığı pul ilə özü nail olur buna, kimisi də imkanlı ailənin övladı olduğu üçün, valideyinləri sanki oyuncaqmış kimi müxtəlif marka avtomobilləri alaraq, düşünmədən övladlarının avtomobil sükanı arxasında oturmalarına bilərəkdən göz yumurlar. Bəzi hallarda bu gənclər avtomobil idarə etmək üçün lazım olan yaşa çatmamış olurlar.
Bu kimi yollarla avtomobil sahibi olan gənclər, istər filmlərə baxaraq, istər sosial şəbəkələrdə izləyərək, istərsə də dost-tanışlarından eşidərək maraq göstərirlər, özlərinin və ətrafdakıların canını təhükəyə atan “avtoş”luq deyilən ölümə.Gənclər bu əmləllərini istər özləri, istərsə də dost-tanışlarının köməyi ilə video qeydə alaraq həvəslə paylaşırlar sosial şəbəkə hesablarında. Bu mövzu ilə bağlı yüzlərlə videomaterialı ortaya çıxartmaq üçün kiçik bir araşdırma kifayət edir.
Bəzi sosial şəbəkə hesablarında dəb halını almış belə “şou”ların “məşhur” iştirakçılarından biri də mənim “Qara 07” deyə adlandırdığım 90 HX 242 dövlət qeydiyyat nişanlı “Vaz 2107” markalı avtomobil və onun sürücüsüdür. Sizə təqdim etdiyimiz video görüntülərdən də gördüyünüz kimi bu “Qara 07” Azərbaycan Respublikasının İXM-də əks olunan 511.1 və 511.3 maddələrinə əsasən Bakı küçələrində avtoxuliqanlıq edir. İstər video görüntülərdən istərsə də fotoşəkillərdən görünür ki bu gənc etdiyi əmələ görə qürur hissi keçirir, bununla fərəhlənir. Bu məsələni hüquq mühafizə orqanlarının öz nəzarətinə götürəcəyini və qanun çərçivəsində lazımı tədbir görəcəyini ümid edirik.
Bundan əlavə isə ilk olaraq bu kimi maraqları olan gənclərə səslənirik: “Bu etdiyiniz əməllər qanuna zidd olmaqla yanaşı ilk növbədə siz, sizinlə yol gedən dost-tanışınızın və digər hərəkat iştirakçılarının mülk və canları üçün təhlükə yaradır. Bu birmənalı olaraq yolverilməzdir. Etdiyiniz qanuna zidd əməlləri video qeydə alaraq gənclərimizin izləyəbiləcəyi şəkildə sosial şəbəkələrdə paylaşmaqla həmin gənclərin sizdən bu ölümə aparan əməllərinizdən nümunə götürmələrinə, maraq göstərmələrinə səbəb olursunuz.
Bir neçə həftə bundan öncə Gəncə şəhərində bu yollaq qəzaya düşən gənc, anlıq bir həvəsin, anlamsız bir marağın qurbanı oldu. Bir ailə kədərə büründü. O atanın fəryadını, “oğlum” deyərək nalə çəkməsini necə unutmaq olar axı?!Həmin hadisənn təfərrüatları məlum olmadığı üçün kimisə günahlandıraraq, bu və ya başqa səbəbdən oldu demək olmur. Ancaq biz hamılıqda bu məsələyə həssaslıqla, diqqətlə yanaşmalıyıq.
Bu kimi əməllərdən uzaq olmaq, görüntülərini paylaşmaq, müəyyən yaş həddinə çatmamış gənclərimizi sükan arxasına oturtmaq və ya buna icazə vermək, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etmək, qanunları bilmədən avtomobil idarə etmək və ya qanunlara məhəl qoymamaq və s..
Sadaladığımız hər hansı bir səbəbdən gənclərimiz dünyasını dəyişə bilər və ya bir ömür bədənində yaranmış qüsurla yaşamağa məhkum ola bilər.
Onlarla belə nümunələr var.Gənclərimizi qoruyaq, onlar bizim gələcəyimizdir.
Unutmayaq ki qanunlar bizlərin təhlükəsizliyi üçün var.
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR










