“Gənclik” metrostansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq

Sabah “Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi oyunla əlaqədar "Bakı Metropoliteni" QSC-nin “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Avtosfer.az-ın quruma istinadən verdiyi məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən stansiyada sentyabrın 21-də keçiriləcək qarşılaşmadan əvvəl və sonra nəzarət mexanizmləri gücləndiriləcək.
Paytaxtda keçirilən kütləvi tədbirlərlə əlaqədar metropolitenin əməliyyat planına uyğun olaraq, sərnişinlərin səmti rahatlıqla müəyyən edərək arenaya yollanması məqsədilə tərtib olunmuş növbətçilik cədvəli əsasında stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq.
Oyun bitdikdən sonra da sərnişinlərin mənzil başına təhükəsiz və rahat çatdırılması üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.
Gün ərzində qatarların hərəkəti qrafiki payız-qış iş rejiminin tələblərinə uyğun tənzimlənəcək. Ehtiyac yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq. Matç başa çatdıqdan sonra ehtiyat qatarlar cəlb edilməklə stansiyadan keçən qatarlar üçün xüsusi cədvəl əsasında interval azaldılacaq.
Bunlardan əlavə olaraq, “28 May” və “Nərimanov” stansiyalarında ehtiyat nəzarət mexanizmləri tətbiq ediləcək.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












