Goranboy polisindən ƏMƏLİYYAT: 19 nəfər saxlanıldı - FOTO

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin sentyabr-oktyabr ayları ərzində rayon ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, quldurluq, qanunsuz olaraq odlu silah saxlama, qəsdən sağlamlığa zərər vurma, xuliqanlıq və digər cinayətlər törədən ümumilikdə 18 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, həmin şəxslərdən 3-ü narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub.
Həmçinin, qeyd edilən dövr ərzində Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən və zərərçəkənlərin pullarını ələ keçirən 3, evlərdən və avtomobillərdən oğurluqlar edən 5, vətəndaşlara qarşı quldurluq edən bir, qanunsuz olaraq odlu silah saxlayan 4, xuliqanlıq edən və başqa cinayət əməlləri törədən 3 nəfər şəxs də saxlanılaraq istintaqa təqdim olunublar.
Aşkar edilən bütün faktlarla əlaqədar Goranboy Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












