Görüş üçün niyə Yevlax seçildi?

Bu gün rəsmi Bakının təklif etdiyi kimi, ölkəmizin Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçiriləcək.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüş yerinin Yevlax şəhərinə təyin edilməsi maraqla qarşılanıb və sosial şəbəkələrdə bununla bağlı müzakirələr gedir.
“Niyə məhz Yevlax?” sualı hazırda sosial şəbəkələrdə ən aktual suallardan biridir və bununla bağlı hərə öz mülahizəsini irəli sürür.
Əvvələ xatırladaq ki, rəsmi Bakının təklifi əsasında Yevlaxda Azərbaycan tərəfinin nümayəndələri ilə Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri arasında görüşün keçirilməsi avqustun əvvəllərində razılaşdırılmış və bütün logistik məsələlər yekunlaşmışdı.
Lakin bütün bu razılıqlara baxmayaraq, Qarabağın erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozmuşdu.
Bundan başqa, ermənilər görüşün neytral zonada keçirilməsi istəyirdi ki, Azərbaycan da bunun müzakirə mövzusu belə ola bilməyəcəyini bildirmişdi. Çünki Azərbaycanın daxili məsələsi heç vaxt neytral məkanda müzakirə oluna bilməzdi!
Görüşün Yevlaxa təyin olunmasına gəlincə, bunun sadəcə, məsəfə baxımından həm əlverişli, həm də logistik olaraq uyğun olduğu bildirilir.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












