Günay İbrahimli özünə bahalı “Range Rover” aldı - VİDEO

“Avtomobil köhnədir, siz məni gec-gec görürsünüz (gülür). Bir neçə ay öncə almışam. Amma qiymətini deməyəcəyəm”.
Avtosfer.az xəbər verir ki, bu sözləri Oxu.Az-ın kamerasına yeni, bahalı və lüks “Range Rover” markalı avtomobilində yaxalanan məşhur müğənni Günay İbrahimli deyib.
Dəbdəbəli avtomobildə görüntülənən sənətçi efirlərə az-az çıxmasının səbəbini belə izah etdi:
“Efirlərə çıxıram, amma təbii ki, çox götür-qoy edirəm. Hər dəvət aldığım verilişə getmirəm. Getməməyimin səbəbi isə ürəyimcə olan verilişlərin az olmasıdır”.
“Efirlərə çıxanda şərt qoyursunuz?”, - sualına isə Günayın reaksiyası belə oldu:
“Elə proqramlara qonaq qismində qatılıram ki, hər hansı şərt qoymağa ehtiyac qalmır. İstər verilişin aparıcısından, istərsə də kanalın komandasından özümə qarşı hörmət görəndə, heç bir şərt qoymuram. Sənət yoldaşlarımla münasibətim çox yaxşıdır və heç biri ilə problemim yoxdur. Amma sadəcə olaraq, uyğunluq söhbəti var. Burada söhbət nəsil və janr uyğunluğundan gedir”.
G.İbrahimli, həmçinin, gördüyü yeni işlərinin anonsunu da verdi:
“Yeni işlər gəlir. Həm fotosessiya, həm də klip. “Bu son” adlı yeni mahnıma klip çəkdirəcəyəm. Əslində, klipi xaricdə çəkmək istəyirəm, hələ çəkilişlərə başlamamışıq. Çünki Bakıda həddən artıq çox klip çəkdirmişəm. Bakıda klip çəkdirməyə elə bir məkan və yer tapmıram. Rejissorların da çoxu ilə işləmişəm. Yeni və fərqli bir şey istəyirəm”.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











