Gürcüstandan Rusiyaya gedən beynəlxalq əhəmiyyətli yeganə avtomobil yolu bağlanıb

Gürcüstandan Rusiyaya gedən beynəlxalq əhəmiyyətli yeganə avtomobil yolu qoşqulu və yarımqoşqulu yük avtomobilləri üçün bağlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin post-patrul xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, güclü qar, çovğun və yolların buz bağlaması səbəbindən Gürcüstandan Rusiyaya gedən beynəlxalq əhəmiyyətli Kazbeqi-Yuxa Lars yolunun Qudauri-Kobi hissəsində yük avtomobillərinin hərəkəti qadağan edilir. Həmin ərazidə polis əməkdaşları digər avtomobillərin hərəkətini nəzarətdə saxlayır və lazımi kömək göstərir.
Qeyd edək ki, Mtsxeta-Stepandsminda-Lars yolu Gürcüstanı və Ermənistanı Rusiya ilə birləşdirən yeganə avtomobil yoludur.
Məlumata görə, hazırda yolun həmin hissəsində və sərhəd-keçid məntəqəsində Ermənistana və bu ölkədən Rusiyaya gedən bir neçə yük avtomobili dayanıb. Eləcə də Azərbaycan, Türkiyə, Ukrayna və digər ölkələr istiqamətində hərəkət etməli olan xeyli sayda yük avtomobili sərhəddə gözləyir.
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO










