Güzəştli kartlar nə vaxt istifadəyə veriləcək? - VİDEO

Dünyanın bir çox ölkələrində tələbələr, təqaüdçülər güzəştli kartlardan istifadə edirlər. Azərbaycanda isə vəziyyət fərqlidir.
"Sistem var, üzərində işləyirik" deyilsə də, kartlar hələ istifadəyə verilməyib.
"Avtobusa, metroya çox pulumuz çıxır. Güzəşt olsa, yaxşı olar". "Bizə kartları verəndə dedilər ki, metrodan ödənişsiz istifadə edə biləcəyik. Amma deyildiyi kimi olmadı".
Avtosfer.az xəbər verir ki, bunları Baku TV-nin mövzu ilə bağlı sorğusu zamanı tələbələr deyiblər.
Tələbələr üçün nəzərdə tutulan güzəştlərlə bağlı Elm və Təhsil Nazirliyindən isə bildirilib ki, artıq bir ildir "TələbəPlus" kartı tələbələrin istifadəsinə verilib:
"Bu müddət ərzində layihəyə 400-dən çox partnyor cəlb olunub və tələbələr 75%-dək endirimlərdən yararlanırlar. Hazırda 24 universitetdə təhsil alan 190 min tələbə kartın istifadəçisidir. Kart bank statusuna malik olduğundan tələbələr onu müxtəlif nağdsız ödənişlər üçün rahatlıqla istifadə edə bilirlər".
Nazirlikdən o da bildirilib ki, ictimai nəqliyyatda müxtəlif sosial qruplar üçün güzəştlərin tətbiqi, o cümlədən tələbələr üçün endirimlərin müəyyən edilməsi Təhsilin İnkişafı Fondunun səlahiyyətində deyil. Bu, müvafiq dövlət qurumlarının qərarına bağlıdır.
Daha ətraflı videomaterialda:
Tural Ələkbərov Xankəndidən Zəfər Günü ilə bağlı paylaşım edib - VİDEO
44 günə yazılan tarix, əbədi yaşadılacaq Zəfər! - FOTO
DİN-dən Zəfər Günü ilə bağlı - Videoçarx
Metrodan istifadə edən şəxslərin NƏZƏRİNƏ! - Qrafik DƏYİŞİLİR
Beyləqan Regional Mühafizə Şöbəsində Zəfər Günü qeyd edilib - VİDEO
8 Noyabr - Tarixə düşən Zəfər Möhürü - VİDEO
Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - SİYAHI
QHT-lərin Əməkdaşlıq Forumundan Prezidentə müraciət
Ərdoğanın Azərbaycana səfəri hansı məsələlərə aydınlıq gətirəcək? – ŞƏRH
Hansı anaların müavinətləri 100 manata qaldırılacaq? – RƏSMİ
Zəfərin ildönümünə 2 gün qaldı - VİDEO












