XƏBƏRDARLIQ EDİLDİ - Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq

Türkiyə Meteorologiya Baş İdarəsi həftəsonu ölkə ərazisində təsirli olacaq soyuq və yağıntılı hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.
Avtosfer.az bildirir ki, proqnoza əsasən, havanın temperaturu nəzərəçarpacaq dərəcədə aşağı düşəcək.
Qara dəniz sahillərində intensiv yağış, ölkənin daxili və şərq bölgələrində isə qar yağışı gözlənilir. Cənub bölgələrində və dəniz akvatoriyalarında güclü külək və fırtına ehtimalı var.
Soyuq hava kütləsinin təsiri ilə Egey və Mərkəzi Anadolu bölgələrində dumanlı və çənli hava şəraiti müşahidə ediləcək. Ankara, Eskişehir, Afyonkarahisar, Kütahya, Konya və Aksaray ətrafında, xüsusilə səhər və gecə saatlarında çən, bəzi yerlərdə isə sıx duman gözlənilir. Gecə temperaturun daha da aşağı düşməsi nəticəsində şaxta gözlənilir. Bu səbəbdən sakinlərə səhər erkən və gecə saatlarında yollarda, eləcə də açıq havada ehtiyatlı olmaq tövsiyə edilir.
Həftəsonu ərzində güclü küləyin də təsirini davam etdirəcəyi proqnozlaşdırılır. Qara dəniz sahillərində küləyin qərb və şimal-qərb istiqamətlərindən saatda 50-70 kilometr sürətlə əsəcəyi gözlənilir. Mərmərə və Egey bölgələrində isə şimal istiqamətli küləyin sürətinin saatda 40-60 kilometrə çatacağı bildirilir.
Sabah Aralıq dənizi bölgəsində və Mərkəzi Anadolunun cənub hissələrində küləyin daha da güclənəcəyi ehtimal olunur. Aralıq dənizi sahillərində və Toros dağları istiqamətində şimaldan əsəcək küləyin sürətinin saatda 50-70 kilometrə çataraq fırtına xarakteri alacağı proqnozlaşdırılır./musavat
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA
Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq












