"Çox tezliklə sizin təyyarələrinizi, metro stansiyalarınızı partladacağıq" - Avropaya ciddi təhdid

Avropada fəaliyyət göstərən bir sıra daşıyıcı şirkətlərə kibertəhdidlər göndərən şəxslər hücumları davam etdirəcəklərini bildiriblər.
Avtosfer.az bu barədə "Financial Times" nəşrinə istinadən xəbər verir.
Bildirilib ki, noyabrın 6-da İrlandiyanın RTE yayım korporasiyasının yerləşdiyi binaya bomba qoyulması barədə təhdiddən sonra əməkdaşlar təxliyə ediliblər. Təhdidin ötən gün Avropada bir çox reysə təsir edən saxta bomba xəbərlərinin arxasında duran eyni qruplaşmadan gəldiyi güman olunur.
"Bu, yalnız başlanğıcdır. Bu həftə baş verənlər yaxın gələcəkdə Avropanı gözləyənlərin yalnız kiçik bir hissəsidir... Çox tezliklə sizin təyyarələrinizi, kruiz gəmilərinizi, metro stansiyalarınızı və qatarlarınızı partladacağıq", - deyə təhdid mesajında bildirilib.
Qeyd edək ki, təyyarələrə bomba qoyulması ilə bağlı təhdidlər son iki gün ərzində Avropada azı 30 reysə təsir edib.
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir
"Telegram"ın qurucusu Hüseyn Həsənovla "Buggy" sürdü - VİDEO
Kanadada sürücülərin sürətini azaltmaq üçün yollara saxta çuxurlar çəkilir – FOTO
Qısa məsafələrdə bu mühərriklər daha çox xərc yaradır – ARAŞDIRMA












