Banner

"Ferrari"də Hemilton və Lekler arasında gərginlik artır

Yarışma 7 Noyabr 2026 22:45
"Ferrari"də Hemilton və Lekler arasında gərginlik artır
WhatsApp kanalımıza abunə olun

"Ferrari"nin pilotu Lyuis Hemilton komanda daxilində Şarl Leklerlə bərabər statusda olmasından narazıdır və qərarların qəbulunda özünə üstünlük verilməsini istəyir.

Avtosfer.az xəbər verir ki, bu barədə İtaliyanın "Autoracer" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, "Ferrari" rəhbərliyi pilotlar arasında mövcud bərabərliyi dəyişməyi planlaşdırmır. Komandanın rəhbəri Frederik Vassyör həm Hemiltona, həm də Leklerə eyni münasibətin göstərilməsini nəzərdə tutan mövqeyini qoruyur.

Lakin yeddiqat dünya çempionu bununla razı deyil. Hemilton mövsümün əvvəlindən şəxsi sıralamada Lekleri qabaqlamasının komanda qərarlarında ona daha çox üstünlük verilməsi üçün əsas yaratdığını düşünür.

Britaniyalı pilotun Leklerin komanda yoldaşlarına qarşı aqressiv davranması ilə bağlı açıqlamaları vəziyyəti daha da gərginləşdirib. Nəşrin yazdığına görə, Vassyör bu məsələyə müdaxilə etməyə məcbur qalıb.

Bundan başqa, "Ferrari"nin prezidenti Con Elkann və digər rəhbər şəxslər Hemiltonun komanda yoldaşı barədə ictimai açıqlamalarından narazı qalıblar.

Nəşrin məlumatına görə, rəhbərlik xüsusilə bu açıqlamaların komandanın nüfuzuna vura biləcəyi zərər narahat edir. Vassyörün mövqeyi isə belədir: əvvəlcə "Ferrari", daha sonra pilotların şəxsi maraqları.

Nəşr hesab edir ki, Hemiltonun Leklerlə qarşıdurmanı ictimai müstəviyə daşımaqda davam etməsi onun komanda daxilindəki mövqeyinə mənfi təsir göstərə bilər.

Oxunub : 56
ŞƏRH YAZ
Ad

E-mail

Şərh