Hacıqabulda 22 gün əvvəl qəzada ölən piyada naməlum şəxs kimi dəfn olunub

Hacıqabulda yol-nəqliyyat hadisəsi nəticəsində ölən və kimliyi müəyyənləşməyən şəxs naməlum şəxs kimi dəfn olunub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, yanvarın 21-də saat 21:00 radələrində Bakı-Qazax magistral yolunun Qarasu və Padar kəndləri arasında “Ford” markalı avtomobil şəxsiyyəti məlum olmayan piyadanı vurub. Daha sonra arxadan gələn bir neçə maşın onun üstündən keçib. Vurulan piyada tanınmaz hala düşüb. Onun meyiti Şirvan şəhər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə yerləşdirilib. Hadisədən 22 gün keçməsinə baxmayaraq, vurulan şəxsin kimliyini müəyyən etmək mümkün olmayıb. Şəxsiyyəti və yaxınları müəyyən edilmədiyindən meyit Hacıqabul şəhər qəbiristanlığında naməlum şəxs kimi dəfn olunub. Əldə edilən məlumata görə, meyit tanınmaz halda olsa da, bəzi əlamətlərinə əsasən, onu yaxınları və ya tanışları tanıya bilər. Belə ki, ölən şəxsin sol bilək nahiyəsində “ürəyə sancılan ox” təsviri və “M” hərfi yazılmış döymə var. Saçları xına rəngində, bəzi dişlərinin sarı metaldan olduğu bildirilir. Əynində “CHELSIA” yazılan idman şalvarı olub.
Bu əlamətlərə görə itkin düşən şəxs barədə məlumatı olanlardan hüquq-mühafizə orqanlarına müraciət etmələri xahiş olunur.
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?










