Hava limanında baş verən hadisə ilə bağlı DGK-dan AÇIQLAMA

Xanım bloger “İnstaqram” sosial şəbəkəsindəki “iconmekh” adlı səhifəsində hava limanında xidmət aparan gömrük əməkdaşlarının onun anasına qarşı kobud davrandıqlarını, qeyri-qanuni hərəkətlərə yol verdiklərini iddia edərək gömrük orqanının və onun vəzifəli şəxslərinin ünvanına təhqir, şəxsiyyəti alçaldan, böhtan xarakterli məlumatlar yayımlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasında bildirilir.

"Xanım bloger anasına aid çamadanın zorla əlindən alındığını, gömrük əməkdaşlarının qeyri-etik hərəkətlərə yol verdiklərini iddia edib. Məlumat dərhal araşdırılıb, iddiaların əsassız və həqiqətə uyğun olmadığı müəyyənləşdirilib. Belə ki, mayın 17-də İstanbuldan Bakıya gələn bloger xanımın anası və onunla birlikdə gömrük zonasına daxil olan eyni reysin iki xanım sərnişini “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk etmək istəyərkən gömrük əməkdaşları onları “Qırmızı kanal” buraxılış sisteminə yönləndiriblər. Stasionar rentgen qurğusunda keçirilən gömrük baxışının nəticələrinə uyğun olaraq həmin şəxslərə məxsus çamadanlarda gömrük yoxlaması aparılıb. Yoxlama zamanı çamadanlarda şəxsi istifadədən artıq sayda malların mövcudluğu müəyyən edilib, vətəndaşlara həmin malların gömrük rəsmiləşdirilməsinə cəlb olunacağı bildirilib və bu məqsədlə gömrük nəzarətində altında saxlanılıb.
Xanım bloger gömrük əməkdaşlarının kobud davrandığını iddia etsə də araşdırma nəticəsində məlum olub ki, gömrük əməkdaşları nəzakətli qaydada davranıb, hətta çamadanın gömrük yoxlamasına təqdim edilməsinə yardım göstəriblər.
Qeyd olunan malların gömrük rəsmiləşdirilməsinə cəlb edilməsi barədə məlumat verildiyi zaman isə vətəndaşlar bununla razılaşmamış, gömrük əməkdaşları ilə yüksək səs tonunda danışmış, onların qanuni fəaliyyətini yerinə yetirməsinə mane olmağa cəhd göstəribşlər.
Ötən gün xanım bloger və anası Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə dəvət olunub, onlara bu barədə ətraflı məlumat verilib.
DGK bir daha vətəndaşları gömrük sərhədini keçərkən diqqətli olmağa, gömrük qaydalarına, gömrük əməkdaşlarının qanuni tələblərinə əməl etməyə çağırır", - deyə açıqlamada qeyd olunub.
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO










