Hava şəraiti ilə bağlı VACİB AÇIQLAMA: Qar yağacaq, yollar buz bağlayacaq

Bu gün axşamadək Bakıda və Abşeron yarımadasında saniyədə arabir 30 metrədək əsən güclü külək davam edəcək, gecəyə doğru külək tədricən səngiyəcək. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, fevralın 11-də küləyin gündüz cənub-qərb küləyi ilə əvəz olunması temperaturun 6 dərəcəyədək yüksəlməsinə səbəb olacaq. U.Tağıyeva bildirib ki, əksər rayonlarda qar yağması kəsilsə də, fevralın 11-i gündüzədək bəzi cənub rayonlarında proses davam edəcək. Abşeron yarımadasının əsasən cənub-şərq hissəsində axşam və gecə saatlarında az qar yağacağı ehtimalı var:
"Bu günlərdə ilk dəfə, nəhayət ki, qış özünü göstərdi. Ölkənin bəzi yerlərində qalınlığı, demək olar, yarım metrə çatan qar örtüyü əmələ gəldi. Yüksək dağlıq ərazilərdə havanın temperaturu mənfi 24 dərəcəyədək endi. Hətta Abşeronda son illər nadir hadisə olan 2 dərəcə şaxta qeydə alındı. Bakıda 35-38 m/s -dək şiddətlənən külək böyük sürətlə buludları Abşeron üzərindən qovaraq, yaxın rayonlarda müşahidə olunan qarın yağmasını əngəllədi".
Fidan
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO













