Hərbi attaşelər Ermənistan silahlı qüvvələrinin təxribatı barədə məlumatlandırılıb - VİDEO

Mayın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq keçirilib.
Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, brifinqdə çıxış edən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov mayın 10-dan başlayaraq Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törətməsi barədə xarici ölkələrin hərbi nümayəndələrinə ətraflı məlumat verib.
Bildirilib ki, mayın 11-i və 12-də qarşı tərəf təxribatlarını genişləndirərək vəziyyəti daha da gərginləşdirmək məqsədilə iriçaplı silahlar, minaatanlar, daha sonra isə D-30 toplarından istifadə etməklə mövqelərimizi intensiv atəşə tutub. Qeyd edilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları da tətbiq edilib.
Xarici nümayəndələrə Ermənistan silahlı qüvvələrinin təxribatlarını əks etdirən videogörüntülər təqdim olunub.
Nümayəndələri maraqlandıran suallar cavablandırıldıqdan sonra onlara PUA-ların qalıqları əyani nümayiş etdirilib.
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə












