Hərbi hissədən maşın qaçıran əsgər insanlara atəş açdı: 26 nəfər həlak olub - VİDEO (ƏLAVƏ OLUNUB)

Fevralın 8-də Tailandda quru qoşunlarının serjantının açdığı atəş nəticəsində ölənlərin sayı özü ilə birlikdə 27-yə, yaralananlarda 57-yə çatıb. Avtosfer.az xəbər verir ki, bunu ölkənin baş naziri general Prayut Çan Oça keçirdiyi mətbuat konfransında söyləyib.
Konfransda general hadisənin motivlərini də elan edib. O, hadisənin cinayətkarla əsgər yoldaşları arasında ev satmaq üstündə yaranan münaqişə səbəbindən qaynaqlandığını açıqlayıb: “Quru qoşunlarının komandanlığı insidentin detalları ilə bağlı geniş təhqiqatlara başlayacaq. Öyrənməyə çalışacaqlar ki, necə ola bilər adi bir münaqişəyə görə belə bir faciə yaşansın”.
****08.02.2020***saat 17:02
Tailandda əsgərin açdığı atəş nəticəsində azı 12 nəfər ölüb, xeyli sayda insan da yaralanıb. Avtosfer.az xəbər verir ki, insident ölkənin şimal-şərqində yerləşən Nakhonratçasima şəhərində baş verib. Bu barədə fevralın 8-də “Khaosod” qəzeti məlumat verib.
Nəşrin məlumatına görə, adı açıqlanmayan əsgər şəhər yaxınlığında quluq elədiyi hərbi hissədən maşın qaçıraraq şəhərin küçələrində sürüb və hər rast gəldiyi piyadaya güllə atıb.
Bundan sonra o, ticarət mərkəzlərinin birinin qarşısında saxlayaraq alıcılara da atəş açıb və 16-ya yaxın insanı girov götürərək ticarət mərkəzinin 4-cü mərtəbəsində gizlənib.
Namiq Musayev
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI










